Türkiyə prezidentinin Almaniyada türklər qarşısında çıxışına icazə verilməyib

Türkiyə prezidentinin Almaniyada türklər qarşısında çıxışına icazə verilməyib
16:32 29 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ Almaniya hökuməti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkənin vətəndaşı olan türklər qarşısında çıxş etməsinə icazə verməyib.
“Report” “DW”yə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Ziqmar Qabriel Almaniya hökumətinin uyğun qərarını iyunun 29-da açıqlayıb.
Məlumata görə, R.T.Ərdoğan iyulun 7-8-də Hamburqda keçiriləcək “Böyük-20”liyin (“G20”) zirvə toplantısı çərçivəsində Almaniyadakı türklərlə görüşmək üçün müraciət edib. Ancaq Z.Qabriel Almaniyada keçiriləcək seçkiqabağı dövrdə əcənəbi siyasi xadimlərin ölkədə təbliğat aparmasına qarşı olduqlarını bildirib: “Almaniya hökuməti burada yaşayan türklər və ya Türkiyədən gəlmişlərin təhrik olunmasını istəmir. Biz xaircdəki münaqişələrin Almaniayaya gətirilməsini istəmirik”. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidentinin-almaniyada-turkler-qarsisinda-cixisina-icaze-verilmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR