Məlumata görə, qəza Nobel prospekti Zığ şossesində baş
verib. Axşam vaxtlarında qeydə alınan qəzada Reyhan Məmmədova iti ilə piyada
keçidindən yolu keçirmiş. Həmin ərazidən keçən Əlifağa Məmmədovun idarə
etdiyi "BMW" markalı, 90 XU 928 nömrəli avtomobil idmançını vurub.
Sürücü
ilkin açıqlamasında həmin ərazidə işıqlanmanın zəif olmasını və piyada keçidi
nişanının olduqca yaxın ərazidə qoyulmasını səbəb kimi göstərib.
Sakinlərin dediyinə görə, bu həmin ərazidəki ilk belə hal deyil. Bundan öncə də həmin yerdə qəza olub.
Metbuat.az idmançının fotolarını təqdim edir: