Xanımlar kişiləri bu üsulla yoldan çıxarır - Bürclərin inanılmaz BACARIQLARI

Xanımlar kişiləri bu üsulla yoldan çıxarır - Bürclərin inanılmaz BACARIQLARI
16:48 29 İyun 2017
134 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hər bir qadının öz enerjisi və özü də hiss etmədən istifadə etdiyi sehrbazlıq qüvvəsi var.

Publika.az bu yazıda oxucuları güclü enerjiyə və təsiretmə qüvvəsinə malik olan qadın Zodiak işarələri ilə tanış edib.

Qoç

1495041446_1

Qoç bürcləri lazım olmayan yerdə peyda olmaq kimi nadir qabiliyyətə malikdir. Lazım olanda isə onlar dərhal kənara çəkilir. Bir neçə dəqiqə əvvəl sizinlə səmimi söhbət edən Qoç xanımları bir anda gözdən itəndə inciməyin. Ola bilsin ki, sizə də bu lənətə gəlmiş yerdən uzaqlaşmaq lazımdır. Qoç qadınları sizə bu barədə xəbərdarlıq etmədiyi üçün inciməyin. Çünki onlar bunu pis niyyətlə etmir, sadəcə özünü daha yaxşı və rahat hiss etdiyi yerə qaçır.

Buğa

1495041502_2

Buğa bürclərinin özəlliyi ondan ibarətdir ki, onların dediklərinin reallaşması kimi qəribə xüsusiyyəti var. Onlar möhtərəm insandır, amma bu bürclərə pislik etsəniz, sizin ünvanınıza lənətlər yağdırmağa hazırdır. Hansı ki, onların reallaşma ehtimalı çox yüksəkdir. Lakin qeyd etmək lazımdır ki, Buğaları özündən çıxarmaq üçün çox çalışmaq lazımdır! Bu, baş verərsə, ehtiyatlı olun! Eyni zamanda elə düşünməyin ki, Buğa bürcləri yalnız lənət oxuya bilir. Onlar sevdiyi insanların ünvanına sevgi, əmin-amanlıq və xoşbəxtlik də arzulayır.

Əkizlər

1495041494_3

Əkizlər bürclərinə hipnoz etmə bacarığı verilib. Onlar sizə hətta ən yad şeyləri asanlıqla təlqin edə bilər. Bundan əlavə, onlar sizi öz iradəsinə tabe edə və öz istəklərini yerinə yetirməyə məcbur edə bilər. Yaxşı ki, Əkizlər xasiyyətcə kinli deyil, yoxsa daim onların təsiri altına düşərdik.

Xərçəng

1495041433_4

Ən ziyansız bürc Xərçənglərdir. Onlar "əli yüngül" olan xoşbəxtlərdir. Xərçəng bürcləri nə edirsə, onlarda ideal alınır. Məsələn, əgər saç ustanız Xərçəng bürcündəndirsə, onda saç kəsiminiz ən yaxşısı olacaq. Əgər o, otaq bitkiləri ilə məşğul olursa, onda onun evində il boyu ən nadir çiçəkləri görmək olar.

Əgər sevgiliniz Xərçəngdirsə, o zaman əvvəlcə münasibətlər inkişaf edir, sonra isə Xərçənglər ən yaxşı məhəbbət romanlarında olduğu kimi sizi sevgi və qayğısına boğa bilər.

Şir

1495041471_5

Şirlər xırda məsələlərə fikri vermir, o, böyük oyunlar üzərində oynayır. O, çoxlarının arzu etdiyi inanılmaz istedada malikdir. Məhz onlar Kainata birbaşa arzularını göndərə bilir. Və onlar gerçəkləşir! Həmişə! Bu zaman Şir qadınları heç bir əlavə qüvvə, heç bir ayin yerinə yetirmir. İstədi? Əldə etdi! Özü də bu, təkcə Şirlər üçün işləyir. Başqalarının istəyini yerinə yetirə bilmirlər. Düzü, buna çox da həvəsli olmurlar.

Qız

1495041440_6

Qız bürcləri başqalarının fikirlərini oxumaq kimi qeyri-adi qüvvəyə malikdir. Bəli, Qızlar əsl telepatdır. Qızlar dərd çəkən adamın nə barədə düşündüyünü çox tez tapa bilir. Paradoksdur, amma bu zaman Qız özü heç bir mistikaya, ələlxüsus da öz gücünə inanmır. Öz gizli istedadı barədə Qızlar belə düşünür: əgər hamı onun kimi başını işlətsəydi, onda onun gördüklərini başqaları da görərdi.

Tərəzi

1495041469_7

Tərəzilərə istedadlarını addım-addım özləri əldə edib. Onlar gələcəyi qabaqcadan görə bilmək, yuxuları yozmaq və dərin fikirləşmək bacarığına malikdir. Onlar birinci yoldan ötənə bütün sirlərini danışmağa hazırdır. Bununla belə Tərəzilər hər kəsə aclıqdan və yoxsulluqdan danışır. Ona görə yox ki, onlar bədbindir. Tərəzi bürcləri bunu qəlbinin xeyirxahlığından edirlər və səmimi şəkildə hesab edirlər ki, əgər taleyin bütün sürprizləri haqqında danışsalar, onda həyat maraqsız olacaq!

Əqrəb

1495041477_8

Çoxlarına məlumdur ki, Əqrəblər əsl ifritədir. Onların qəlbini sanki şeytanlar ələ keçirib. Əgər siz Əqrəblərin xoşuna gəlməməsinizsə, ehtiyatlı olun! Onun daxilindəki canavar dərhal bayıra çıxa bilər. Bundan da hamı zərər çəkəcək!

Oxatan

1495041453_9

Bu bürcün əsas bacarığı demək olar ki, bütün arzularını yerinə yetirə bilməsidir. Amma Şirlər kimi sadəcə özləri üçün deyil. Qadın Oxatanlar ətrafındakıların bütün istəyini yerinə yetirməyi bacarır. Onun ağlını ən gözəl mənzərələr bəzəyir. Dəniz istəyirsiniz? O, asanlıqla sizi onun fikrincə, ideal olan istirahət mərkəzinə göndərəcək. Əgər ora sizin xoşunuza gəlməyibsə, o zaman Oxatan günahkar deyil ki, belə görür.

Oğlaq

1495041477_10

Sehrbazlıq və Oğlaqlar bir-birindən tamamilə fərqlənir. O, heç bir cəfəngiyata inanmır və hesab edir ki, heç bir sehr və digər qüvvələr yoxdur. Buna görə də onlara heç bir sehrbazlıq qüvvəsi, hətta Əqrəblər də təsir edə bilmir.

Dolça

1495041447_11

Dolça bürcləri əlamətlərə çox inanır və həyatını onlar üzəridə qurur. Özü də Dolça qadınları əlamətləri heç nədən tapır. Əlbəttə ki, xüsusilə uğura ehtiyacı olanda işarələri yozmağa başlayır. Məsələn, qara pişik yol keçdisə və ya duz dağılıbsa, bu əlaməti əlinə pul keçəcəyi şəklində yozur.

Balıq

1495041436_12

Balıqların sehrbazlıq istedadı məhəbbət aləmində özünü göstərir. O, heç bir canlının tab gətirə bilmədiyi öldürücü gücə malik olan zəhər bişirə bilir. Bir sözlə, qarşı tərəfi tələyə salmaq üçün əlindən gələni etməyə hazırdır. Bundan sonra o insan ömrünün sonuna qədər 24 saat ərzində Balıqların qayğısına qalmalıdır. Sadəcə hərdən pul qazanmaq üçün fikrini bu bürcdən ayıra bilər.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qoroskop/204335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR