Qaradağda 6 otaqlı ev yandı

Paytaxtda vətəndaşa məxsus 6 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a  verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakıda silah satan şəxs tutulub - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR