"İnter" bu şansı qaçırmasa...

"İnter" bu şansı qaçırmasa...
17:12 29 İyun 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq Bakının "İnter" klubu avrokuboklarda tarixi qələbənin müəllifi ola bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Serbiyada "Mladost"un qonağı olacaq paytaxt təmsilçisi Azərbaycan klublarının səfərdəki yubiley qələbəsini reallaşdırmağa yaxındı.

Belə ki, Luçani təmsilçisi üzərində qələbə komandalarımızın 30-cu qələbəsi kimi tarixə düşəcək. İndiyədək Azərbaycan klubları 23 ildi çıxış etdikləri avrokuboklarda 29 dəfə rəqib meydanından qalib dönüb.
 
İlk belə qələbə 1999-cu ilə təsadüf edib. Həmin il iyunun 20-də "Qarabağ" İntertoto kubokunun I mərhələsində İsrail "Makkabi"sindən güclü olub. Təmsilçimiz Hayfa klubunu 2:1 hesabı ilə yenib.
 
Ümumiyyətlə, Ağdam klubu ən çox səfər qələbəsi qazanan komandamızdı. "Qarabağ" 12 dəfə rəqib meydanında qalib gəlib.
 
Bakı klublarından "İnter"in 7, "Neftçi"nin 5 belə uğuru var. Rəqib meydanında qələbə qazanmağı bacaran digər 5 komanda hərəyə 1 dəfə sevinib.
 
Qeyd edək ki, "İnter" bu gün "Mladost"u yenə bilməsə, yubileyi gerçəkləşdirmək növbəsi "Zirə"yə keçəcək. Qəsəbə klubu gələn həftə Lüksemburqda "Duffedanj"ın qonağı olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR