Donald Tramp prezident İlham Əliyevə təbrik məktubu göndərib - MƏTN

Donald Tramp prezident İlham Əliyevə təbrik məktubu göndərib - MƏTN
17:29 29 İyun 2017
22 Digər
Ölkə mətbuatı
A- A+

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampd prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

 

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, təbrikdə deyilir:

 

“Hörmətli cənab Prezident,

Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına Ramazan bayramı münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlar bütün dünya müsəlmanları kimi müqəddəs Ramazan ayında dürüstlük və xeyirxahlıq əməllərinə önəm verirlər. Burada, Amerika Birləşmiş Ştatlarında müsəlmanlar Ramazan bayramını ailələri və dostları ilə birlikdə qeyd edir, qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək ənənəsini davam etdirirlər.

 

Bu bayramı birlikdə qeyd etməyimiz bizə bir daha mərhəmət, şəfqət və xoş niyyətin vacibliyini xatırladır. Bu bayram münasibətilə Amerika Birləşmiş Ştatları həmin dəyərlərə Azərbaycan ilə birgə sadiqliyini bir daha vurğulayır.

 

Bir daha Sizin və Azərbaycan xalqının mübarək bayramını təbrik edirəm.

Ramazan bayramınız mübarək olsun”. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/278046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR