Andlı iclasçılar Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıb

Andlı iclasçılar Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıb
17:32 29 İyun 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ Andlı iclasçılar rusiyalı politoloq Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıblar.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, andlı iclasçılar üçgünlük müzakirələrdən sonra müşavirə otağından çıxıb və hökmün hazır olduğunu bildirib.
Onlar Zaur Dadayevi rusiyalı siyasətçinin qətlində təqsirkar biliblər.
Hakim hökmün öyrənilməsi üçün vaxt istəyib.
Qeyd edək ki, B.Nemtsovun qətli ilə bağlı beş nəfərin istintaqı üzrə iş gedir.
Xatırladaq ki, müxalif siyasətçi Boris Nemtsov 2015-ci il fevralın 27-də axşam saatlarında qətlə yetirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/andli-iclascilar-boris-nemtsovun-qetli-ile-bagli-hokm-cixarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR