Virusların sayı durmadan artır

Virusların sayı durmadan artır
17:35 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Antivirus proqramları hazırlayan və təhlükəli proqram təminatlarının aktivliyini izləyən "Kasperski Laboratoriyası"nın mütəxəssisləri həyəcan siqnalı çalıblar. Onların sözlərinə görə, 2013-cü ildə "ağıllı" qurğular üçün 46 virus proqramı mövcud olduğu halda, 2014-cü ildə bu göstərici 193-ə çatıb, 2015-ci ilin sonunda isə 700-ü ötüb.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, "ağıllı" qurğular üçün zərərverici proqramların ümumi sayı 7 mini ötüb və onların 50%-dən çoxu yalnız 2017-ci ildə yaradılıb. “Gartner” analitik şirkətinin məlumatına görə, hazırda dünyada təxminən 6 milyard "ağıllı" cihaz mövcuddur.

"Kasperski Laboratoriyası"nın mütəxəssisləri virusların yaranma intensivliyini hesablamağa cəhd göstəriblər. Bunun üçün onlar “yeni” qurğuların internetə çıxışını imitasiya ediblər. Hakerlər dərhal bu qurğulara müdaxilə etməyə çalışıblar, gün ərzində bir neçə min icazəsiz qoşulma  cəhdi qeydə alınıb.

Çin (14%), Vyetnam (12%) və Rusiyadan (7%) daha çox hücum qeydə alınıb. Həmçinin Braziliya, Türkiyə və Tayvandan müdaxilə cəhdləri müşahidə edilib. Hakerlər əksər hallarda qurğulara IP kamera və videoregistratorlar (63%) vasitəsilə müdaxilə etməyə cəhd göstəriblər. Şəbəkə qurğuları və marşrutlayıcıların payı təxminən 16% təşkil edib.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, zərərverici proqram təminatının sayı və haker hücumları durmadan artacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48691-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR