"Mikroyosunlardan dərman hazırlanır"

Suda yaşayan fotosintetik orqanizmlər qrupuna aid olan yosunlar bir çox məqsədlə istifadə olunur.

“Mikroyosunlardan kosmetik vasitə, qida maddələri və dərmanlar hazırlanır”.

Bunu Metbuat.az-a açıqlamasında tibbi ekspert Adil Qeybulla deyib: “Mikroyosunlardan hazırlanan dərmanların əksəriyyəti homopatik dərmanlardır. Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə dərman vasitəsi kimi daxil olmayıb, ancaq hər hansı kosmetoloji prosedurda, müəyyən xəstəliklərin müalicəsində istifadə olunur. Bəzi Avropa ölkələrinin aparıcı firmaları mikroyosunlardan qida əlavəsi, kosmetoloji vasitə hazırlayır.

Mikroyosunlar süni iqlim şəraiti yaradılmaqla becərilir, ondan xammal kimi istifadə edilir.

Aysel Yaqubqızı / Metbuat.az

(Molyusk yemək halaldır, yoxsa haram?)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR