0 avroluq əsginaslar 2,5 avroya satılır

0 avroluq əsginaslar 2,5 avroya satılır
17:48 29 İyun 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

Hədiyyəlik əşya və xatirə pul kimi xarakterizə edilən 0 avrolar dövriyyəyə buraxılıb.

Publika.az xəbər verir ki, Avropa Mərkəzi Bankından alınan xüsusi razılıqla Almaniyada 5 min ədəd 0 avroluq əsginas dövriyyəyə buraxılıb.

Alman mətbuatında yer alan xəbərə görə, əsginasların satış qiyməti isə 2,5 avro təşkil edir.

0 avro əsl avrolar ilə eyni standartlarda və eyni keyfiyyətli kağızlarda, lakin oxşar holoqramlardan istifadə edilərək istehsal edilib.

Pulların üzərində hədiyyə və xatirə üçün istehsal ediliyi qeyd edilib. Həmçinin 1958-ci ildə Alman donanmasının gəmilərindən biri olan "Gorch Fock II"-nin rəsmi həkk olunub.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/204344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR