Avtomobillə idmançı qızı öldürən şəxs

Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümündə təqsirləndirilən sürücü həbs edilib.

Məlumata əsasən hadisəni törədən sürücü, 1962-ci ildə Masallı rayonunda anadan olmuş Məmmədov Əlifağa Abdul oğlu təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.

Xatırladaq ki, iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü R.Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

R.Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olub.//Trend

Bu görüntülər az öncə gəldi (18+) - Sözün bitdiyi an / VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR