Park Cinemada "Yaramaz Mən 3" Azərbaycan dublyajı ilə təqdim olundu - FOTO

Park Cinemada "Yaramaz Mən 3" Azərbaycan dublyajı ilə təqdim olundu - FOTO
17:57 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Uşaqlarn və böyüklərin sevimli filmi "Yaramaz Mən 3" (Despicable Me 3) Azərbaycan dilində dublyaj ilə Park Cinema Flame Towers-də media üçün təqdim olundu.

Tədbirə dəvət olunan jurnalistlər, bloqerlər, məşhurlar və digər qonaqlar filmin öz dilimizdə olmasını müsbət qarşılayıb və bu cür addımların davamlı olmasını diləyiblər. Qeyd edək ki, film Azərbaycanda CinePro şirkətində, Eldəniz Rəsulovun rejissorluğu ilə dublyaj olunub. Dmitriy Batıjev və Teymur Kərimovun səs rejissorları oluğu filmi Abbas Qəhrəmanov (Gru), Elman Rəfiyev (Dru), Hüsniyyə Mürvətova (Lucy), Ofeliya Novruz qızı (Valerie), Xələf Cavadov (Clive) və digərləri səsləndirib.

Sinopsis: Qəhrəmanlarımızın üçüncü qayıdışına az qalıb. Çox uşaqlı super agent, gözəlçə və ölümsüz minyonlar. Onlar dünyanı ələ keçirəcəklər.

Filmi 29 iyundan etibarən Park Cinema kinoteatrlar şəbəkəsində izləyə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/558625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR