"Qalatasaray"dan 15 milyon avroluq transfer (RƏSMİ)

"Qalatasaray"dan 15 milyon avroluq transfer   (RƏSMİ)
18:07 29 İyun 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" ilk transferini rəsmən açıqlayıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu Bafetimbi Qomislə 3 illik müqavilə imzalayıb.


Bu transferə görə, Qomisin klubu "Sounsi"yə 2 milyon 500 min avro ödənilib. Futbolçu özü illik 3 milyon 350 min avro maaş alacaq. "Qalatasaray" həmçinin ona 2 milyon 500 min avro imza haqqı ödəyəcək.


Qomisin qazancı arta bilər. Belə ki, komanda çempion olsa, futbolçu 200 min avro mükafat veriləcək. Həmçinin ona Super Liqa və avrokuboklarda qazanılacaq hər xala görə 5 min avro matçbaşı ödəniləcək.


Bonusları və matçbaşını nəzərə almasaq, Qomisin transferi "Qalatasaray"a 15 milyon 50 min avroya başa gəlib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotdan-15-milyon-avroluq-transfer-t58988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR