Siciliya mafiyası Almaniyanı ələ keçirir

Siciliya mafiyası Almaniyanı ələ keçirir
18:08 29 İyun 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Avropanın cənubunda iqtisadi situasiyanın pisləşməsi fonunda Siciliya mafiyası Almaniyada yeni ticarət imkanlarını axtarır.

Publika.az xəbər verir ki, bu haqda “Guardian” qəzeti bildirib.

Nəşr Almaniyanın cənub-qərbində narkotiklərlə mübarizə üzrə genişmiqyaslı əməliyyatın nəticələri ilə tanış olub. Əməliyyatın gedişatında aydın olub ki, İtaliyada maliyyə problemləri ilə qarşılaşan mafiya qruplaşmaları Almaniyanın daha müvəffəqiyyətli regionlarına köçürlər.

Siciliyada tikinti bazarı mafiyanın biznesinin ən əhəmiyyətli sferalarından biridir. İtaliya hakimiyyətinin məlumatına görə, bu sektor güclü iqtisadi böhrandan daha çox zərər çəkib. 2007-ci ildən tikinti sahəsində gəlirlər 90 faiz azalıb.

“İtalya mafiyası son illərdə Almaniyaya sərmayə qoyur. Onlar başqa qanuni şirkətlər kimi burada biznes üçün çox əlverişli imkanlar tapıblar”, - nəşr Siciliya maliyyə polisinin başçısından sitat gətirib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/cinayetdunyasi/204345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR