Mahmud Məmmədquliyev: "Regionda stabillik, sülh və təhlükəsizlik olmasa, heç bir iqtisadi inkişaf olmayacaq"

Mahmud Məmmədquliyev: "Regionda stabillik, sülh və təhlükəsizlik olmasa, heç bir iqtisadi inkişaf olmayacaq"
18:12 29 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ “Qara Dənizə İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ilə hansısa yeni layihə yoxdur. Azərbaycan tərəfi dəfələrlə bildirir ki, QDİƏT layihəyönümlü olsun. Lakin təşkilatın nə maliyyə vəsaiti, nə ekspertləri, nə də başqa imkanları var”.
Bunu “Report”a açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
O bildirib ki, enerji və nəqliyyat sahəsi ilə bağlı layihələri Azərbaycan tərəfi həyata keçirir: “QDİƏT-in burada heç bir rolu yoxdur. Enerji layihələrində Bolqarıstan, Albaniya da iştirak edəcək. Təbii ki, bunun da təşkilata heç bir aidiyyatı yoxdur”.
M. Məmmədquliyev qeyd edib ki, Təşkilat səhiyyə nazirlərinin görüşünü təşkil etmək niyyətində olub, lakin bu alınmayıb: “Çünki buna maraq yoxdur. Elə digər məsələlərə də maraq yoxdur. İki-üç ölkənin nümayəndəsinin gəlməsi ilə İşçi qrupunun iclasını keçirdiklərini bildirirlər. Bunları da açıq şəkildə deyən yoxdur. Təşkilatın sədri nəyisə etməyə çalışır. Hər şey göz önündədir”.
Nazir müavini qeyd edib ki, Təşkilatın yaranmasının müddəti 25 il olsa da, hansısa ciddi layihə həyata keçirməyib. Onun sözlərinə görə, regionda stabillik, sülh və təhlükəsizlik olmasa, heç bir iqtisadi inkişaf olmayacaq: “Bu gün əsas neqativ hal Təşkilatın əhatə etdiyi regionda 4 münaqişənin olmasıdır. Bura Dağlıq Qarabağ münaqişəsi, Gürcüstan, Moldova və Ukraynadakı vəziyyət aiddir. Bəzən bizi dəstəkləyir, bəzən də rəsmi olmasa da çıxışlardan sonra yaxınlaşıb düz danışdığımızı bildirirlər. Digərləri isə bunu açıq şəkildə deyə bilmir. Bu, tək siyasi məsələ deyil. Bəziləri regionda mövcud olan problemləri siyasi məsələ adı ilə müzakirəyə çıxarmır”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/konfederasiyalar-kubokunda-ilk-finalci-mueyyenlesibadfb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR