Ətirlisən, dadlısan yerli çay, amma bazarda yoxsan....

Dünyada gəlirli sahələrdən biri də  çay istehsalıdır.

Metbuat.az xəbər verir ki, ölkəmizdə də bu sahəyə maraq böyükdür. Cənub zonası nəinki Azərbaycanda, hətta dünyada da çayçılıqla məşhurdur. Son vaxtlar bu sahənin inkişaf etdirilməsi üçün dövlət qayğısı artmaqdadır.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki,  son vaxtlar yeni çay plantasiyaları salınmaqda davam edir:

"Cənub zonası bu sahə üzrə ixtisaslaşıb. Fermerlər tərəfindən maraq getdikcə artmaqdadır. Bu gedişlə yaxın illərdə yerli istehsal hesabına daxili təlabatı ödəmək mümkün olacaq. Bütün bunlar dövlətimizin bu sahəyə göstərdiyi qayğının nəticəsidir". 

O bildirib ki, bu sahənin inkişafı üçün dövlət tərəfindən fermerlərə müəyyən kreditlər ayrılıb:

"Bu bitkinin yetişməsi üçün ən azı 6-8 il lazımdır. Buna əsasən deyə bilərik ki, yaxın illərdə bu sahəyə dəstəyin nəticəsini görəcəyik".

Bu sahənin inkişaf etdirilməsinə baxmayaraq, yerli bazarda satılan çayların qiyməti niyə bahadır?

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə,  bu sahəyə dövlət dəstəyinin artması yaxın illərdə yerli bazarda rəqabətin yaranmasına gətirib çıxaracaq. Azad rəqabət olarsa yerli bazarda qiymətlərin aşağı düşəcəyi gözlənilir.

İqtisadçı əlavə edib ki, ölkəmizdə bu sahənin daha da  inkişaf etdirilməsi üçün dövlət tərəfindən daha çox dəstək göstəriməli, fermerlərə daha güzəştli və uzunmüddətli kreditlər verilməlidir:

"Daxili istehsal üçün müasir texniki avadanlıqlara ehtiyac var. Bu baxımdan çətinliklər göz önündədir və dövlətin dəstəyi çox önəmlidir. Yerli istehsal sayəsində daxili tələbatın tam ödənilməsi mümkün olmasa da, yaxın illərdə dövlət tərəfindən dəstəyin artırılması nəticəsində  yerli bazarda daxili məhsul öz yerini tuta bilər".

Sərdar Məmmədov / Metbuat.az  

Zəfəran bağlarını kim yox etdi? - Ən gəlirli sahənin tənəzzülü...



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR