Bakı Zooparkına Daşkənddən və Rusiyadan yeni heyvanlar gətiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a zooparkın direktoru Azər Hüseynov məlumat verib. Onun sözlərinə görə, zooparkda olan tək heyvanlar cütləşdiriləcək.
"Bakı Zooparkında iri yapalağın dişisi olsa da, erkəyi yoxdur. Onu cütləşdirmək üçün Daşkənd Zoololoji Parkından erkək cins heyvan gətirəcəyik. Sonra həmin parkdan bizə dişi lama, quzğun verəcəklər. Moskva Zooloji Parkından isə dağ turunun erkəyi, dişisi və müəyyən quşlar gətiriləcək"-, deyə direktor vurğulayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində