"NUR" yaradıcı gənclər teatrının təqdimatında C.Məmmədquluzadənin eyniadlı əsəri əsasında qurulmuş "Anamın məktubu" tamaşasının təqdimatı keçiriləcək.
Milli.Az bildirir ki, tamaşa 30 iyun saat 16:00-da S.Bəhlulzadə adına Mədəniyyət Sarayında baş tutacaq.
Qeyd edək ki, "NUR" yaradıcı gənclər teatrı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərir.
Milli.Az