“Brexit” Avropa İttifaqının büdcəsində kəsr yaradıb

“Brexit” Avropa İttifaqının büdcəsində kəsr yaradıb
18:32 29 İyun 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından çıxması (“Brexit”) qurumun büdcəsində 20 milyard avroluq kəsr yarada bilər.
“Report” “The Guardian”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Avropa məsələləri üzrə komissarı Günter Ottinger bildirib.
“Böyük Britaniya artıq bizimlə deyil. Bununla belə Marqarti Tetçlerin endirimlərinə baxmayaraq, o, təmiz vergi ödəyicisi idi. Ona görə də hər il büdcəmizdə 10-25 milyard avroluq boşluq yaranacaq”, - komissar vurğulayıb.
Bu ildə Avropa İttifaqının büdcəsi 157,9 milyard avro təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/brexit-avropa-i-ttifaqinin-budcesinde-kesr-yaradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR