Çempionun vurulduğu yerdə piyada keçidi niyə yoxdur? - AÇIQLAMA

Çempionun vurulduğu yerdə piyada keçidi niyə yoxdur? - AÇIQLAMA
18:38 29 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəvi şəkildə ölümü piyadaların təhlükəsizlik məsələsini bir daha gündəmə gətirdi.

Ölüm anının videogörüntüsünə diqqətlə baxsaq, görərik ki, Reyhan yavaşca piyada zolağına yaxınlaşır. Yolu dəqiq şəkildə piyada zolağının üstü ilə keçməyə başlayır. Lakin yolda olan maşınlar idmançını gözləməkdənsə, idmançı maşınların hərəkətinə uyğun yolu keçir. Lakin sona bir iki addım qalmış sürətlə gələn avtomobil Reyhanı vurur.

Sürücülər piyada zolağına məhəl qoymadıqları azmış kimi üstəlik, şəhərdaxili yollarda olan sürət həddini (60 km/saat) açıq-aşkar pozurlar. Qəzanın baş verdiyi ərazidə yol iki tərəflidir və hər tərəfdə 4 zolaq var. Bəs bu yolda piyada keçidinin tikintisi vacib deyilmi?

Sualımıza cavab almaq üçün yollarda piyada keçidlərinin tikintisini həyata keçirən “Azəravtoyol” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələyə öncə vətəndaş kimi qiymət verdi:

“Təəssüflər olsun ki, bizdə sürücü mədəniyyəti bəzi insalara aid deyil. Onlar saatda 60 km sürət həddi olan yolda daha yüksək sürətlə hərəkət edirlər. Onlarda qəribə özünəinam var. Onlar sürət lövhəsindən əlavə piyada keçidi nişanını və zolağına məhəl qoymur. İstənilən halda burada sürücüyə haqq qazandırmaq olmaz. Belə halların yaşanmaması üçün piyadalar da daha məsuliyyətli olmalıdır. İşi şansa buraxmaq olmaz. Piyada yolu keçərkən sağa-sola diqqətlə baxmalı və əmin olmalıdır ki, sürücü ona yol verəcək. Yalnız bundan sonra yola çıxmaq lazımdır. Çünki piyada zolağının varlığı o demək deyil ki, mən birbaşa yola çıxacam və avtomobil dayanacaq”.

A.Nəcəfli bütün yollarda piyada keçidi tikintisinin qeyri-mümkün olduğunu bildirdi:

“Bizim bütün piyada zolağı olan yollarda yerüstü piyada keçidi tikməyimiz qeyri-mümkündür. Çünki biz piyada zolağı və keçidi salarkən, ilk növbədə ən vacib ərazilər diqqətdə saxlayırıq. Məsələn, elə yollar var ki, orda nəinki keçid, piyada zolağı belə yoxdur. Amma gələcəkdə istisna deyil ki, bu kimi genişzolaqlı yollarda piyada keçidləri tikilsin”.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/204355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR