Evsiz qalan ahıl qadın üçün yeni ev tikilir - QUSARDA

Evsiz qalan ahıl qadın üçün yeni ev tikilir - QUSARDA
18:39 29 İyun 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 21-də Qusar rayonu Əniq kəndində evi yanan Qızbacı Osmanovaya yardım edilib. Lent.az xəbər verir ki, Əniq kənd sakinləri çətin durumda qalan Osmanovlar ailəsinin üzləşdiyi problemin aradan qaldırılmasına köməklik göstərilməsi üçün Qusar rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinə müraciət ediblər. Bölmə rəisi, polis mayoru Səbuhi Rüstəmov vətəndaşlarla görüşərkən onların xahişini nəzərə alaraq, Qızbacı Osmanovanın evinin yenidən təmir olunmasına yardım edəcəyinə söz verib. Artıq yanan evdə təmir işlərinə başlanılıb və yaxın günlərdə Osmanovlar ailəsi təmir olunmuş evlərində yaşaya biləcəklər.

 

Qeyd edək ki, məlum hadisə vaxtı Q.Osmanova və 3 nəvəsi evdən son anda xilas edilmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/278054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR