Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib
18:42 29 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 
Məlumata görə, tərəflər ölkələrimiz arasında hərbi kəşfiyyat sahəsində birgə planları, əməkdaşlığın inkişaf perspektivlərini, məlumat mübadiləsi, regional və kiber təhlükəsizlik, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-ve-turkiye-herbi-kesfiyyatcilarinin-gorusu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR