43 yaşında Çempionlar Liqasında oynadı - FOTO

43 yaşında Çempionlar Liqasında oynadı - FOTO
19:12 29 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

1998-2003-cü illərdə İtaliya millisi, 1996-2006-cı illərdə "Roma"nın üzvü olan Damiano Tommazi 43 yaşında Çempionlar Liqasının oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, hazırda çıxış etdiyi San-Marinonun "La Fyorita" komandasının heyətində dünən ÇL-in birinci təsnifat mərhələsində Şimali İrlandiyanın "Linfeld" komandasına qarşı oynayıb. Bu matçda meydan sahibləri olan irlandiyalılar 1:0 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, Tommazı dalbadal üçüncü ildir "La Fyorita" ilə birgə avrokubokların təsnifat mərhələsində çıxış edir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR