Neft buruqlarının ətrafını zibilliyə çevirdilər

Neft buruqlarının ətrafını zibilliyə çevirdilər
19:13 29 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Neft buruqlarının yaxınlığını zibilxanaya çevirən şəxslər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət daxil olub.

Nazirlikdən Publika.az-a bildirilib ki, Bakı şəhəri, Yeni Ramana qəsəbə sakini Ə.Cabbarovun yaşadığı ünvanın yaxınlığındakı ərazinin zibilliklərdən təmizlənməsi ilə əlaqədar müraciəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerindəcə araşdırılıb.

“Şikayətçinin və Ramana qəsəbəsi bələdiyyə nümayəndəsinin iştirakı ilə baş tutan araşdırmada sözügedən əraziyə keçirilən baxış zamanı 150 m2 sahədə məişət tullantılarının qalaqlandığı, kommunikasiya xətlərinin və neft buruqlarının mövcud olduğu müəyyən edilib.
Tullantıları atan şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması məqsədi ilə Nazirlik tərəfindən Sabunçu Rayon Polis İdarəsinə müraciət olunub. Nazirliyin əməkdaşları tərəfindən Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Ramana Bələdiyyəsinə verilmiş məcburi göstərişin icrası olaraq ərazi məişət tullantılarından təmizlənib və tullantıların atılmasını qadağan edən xəbərdaredici lövhə yerləşdirilib”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/204360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR