Batareyasız telefon yaradıldı

Batareyasız telefon yaradıldı
19:27 29 İyun 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-dan olan ixtiraçı batareyasız işləyən "gələcəyin telefonu"nu yaradıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cihaz radio dalğaların olunması prinsipi ilə çalışır. 

Batareyasız çalışan mobil telefonun prototipi uzun illər ərzində üzərində işlədikdən sonra Vaşinqton Universitetinin elmi əməkdaşı Bamsi Talla tərəfindən yaradılıb. Cihaz radio dalğaları əks etdirməyə imkan verən əks dağınıqlıq prinsipi ilə işləyir.

Batareyasız telefon adi telefondan ucuz olacaq. Onun işləməsi üçün "Skype" vasitəsilə cihazı rəqəmsal şəbəkəyə qoşa biləcək baza stansiyaları fəaliyyət göstərməlidir. Nə qədər ki, cihaz bu siqnalları enerji toplamaq üçün istifadə edir, o zaman baza stansiyasından cəmi 15 metr uzaqlıqda işləyə bilir. 

Gələcəkdə möcüzəvi telefonun tərtibatçıları ev Wi-Fi-si və ya adi telefon qülləsindən istifadə etməklə enerji ilə doldurma sxemini reallaşdırmağı planlaşdırırlar. Onlar yüzlərlə dəfə daha böyük gücə malikdirlər və tutumun uzaqlığını 1 kilometrə qədər artırırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/558566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR