260 qonaq, 300 mühafizəçi... -

Sabah "Barselona"nın ulduz futbolçusu Lionel Messi və sevgilisi Antonella Rokutsonun toy mərasimi baş tutacaq.

Metbuat.az bildirir ki, toy Leonun doğulduğu Rosario şəhərində yerləşən "Pullman" otelinin mərasim zalında keçiriləcək. Mərasimin yerli vaxtla saat 19:00-da başlayacağı bildirilir. Şəhər əhalisinin toyu izləməsi üçün otelin kənarında böyük ekranlar quraşdırılıb.

Qonaqlara gəlincə, ümumilikdə 260 nəfərə dəvət göndərilib. Onların sırasında "Barselona"nın bütün futbolçuları var. Ancaq yığma komandaların heyətlərində olan Mark Andre Ter Şteqen, Andre Qomeş və Denis Suares toyda iştirak edə bilməyəcəklər. Andres İnyesta isə üçüncü övladının dünyaya gəlməsi səbəbindən mərasimi qaçıracaq.

Leo həmçinin Argentina yığmasındakı dostları Serxio Aqüero, Esekyel Lavessi və Anxel Di Mariyaya da dəvət göndərib.

İsrailə məxsus təhlükəsizlik şirkətinin 300 əməkdaşı mərasimdə asayişi qoruyacaq. Son olaraq qeyd edək ki, dünyanın müxtəlif media orqanlarını təmsil edən 100 jurnalistə toyu işıqlandırmaq üçün akkreditasiya verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR