Dünya ölkələrinin hərbi gücünə görə yeni reytinqi
dərc edilib.Dağlıq Qarabağ münaqişəsinin həllində
Rusiyaya ümid etməyin yersiz olduğunu açıqlayıb.Türkiyə
Suriyanın Afrin bölgəsində quru əməliyyatı üçün hazırlıqlarını başa
çatdırıb.Rusiya hərbiçiləri Afrin bölgəsindən
çəkilir.Türkiyə və Rusiya S-400 zenit-raket
komplekslərinin çatdırılması mövzusunda razılaşmanı təmin
edib.İraqın Mosul şəhəri İŞİD terror təşkilatından
tamamilə azad edilib.Şimali Koreya lideri Kim Çen Ina
sui-qəsd planlaşdırıldığına dair iddia ölkəni bir-birinə
qatıb.
“Global Firepower” beynəlxalq analitik mərkəzi dünya
ölkələrinin hərbi gücünə görə yeni reytinqini dərc
edib. “Dünya ölkələrinin hərbi gücü - 2017” adlı
siyahıda 132 ölkə yer alıb.
Siyahıda Azərbaycan 59-cu, Gürcüstan 80-ci, Ermənistan isə 95-ci
yeri tutub.
İndeksə əsasən, ABŞ hərbi güc üzrə dünya ölkələri arasında lider
mövqeyini saxlayıb. Reytinqdə Rusiya ikinci, Çin isə üçüncü yerdə
qərarlaşıb. İlk onluğa həmçinin Hindistan, Fransa, Böyük Britaniya,
Yaponiya və Türkiyə daxil olub.
Qlobal hərbi güc indeksinin (Global Firepower Index) tərtib
edilməsi zamanı hərbi xidmətə yararlı şəxslərin sayı, hərbi büdcə,
hərbi hava və dəniz qüvvələrinin gücü nəzərə alınır.
Ermənistanın xarici işlər nazirinin müavini Savarş
Koçaryan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyaya ümid
etməyin yersiz olduğunu açıqlayıb. S.Koçaryan
Rusiyanın Azərbaycana silah satması haqda məsələni şərh edərkən,
Moskvanı tənqid edib.
“Təhlükəsizlik məsələsində Ermənistan özünə ümid etməlidir.
Rusiya bizim müttəfiqimizdir, onunla münasibətlərə önəm veririk,
lakin daha ona ümid etmək lazım deyil”, - deyə o bildirib.
Qeyd edək ki, iyunun 24-də Rusiyadan Azərbaycana 42 eşalon
silah-sursat gətirilib. Gətirilən silahlar arasında “Tank qatili”
adlandırılan “Xrizantema-S” raket kompleksləri var. Məhz bu silah
Ermənistanda ciddi qorxulara səbəb olub.
Türkiyə Suriyanın Afrin bölgəsində quru əməliyyatı
keçirəcək. Türkiyə Silahlı Qüvvələri YPG (PKK terror
təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu - red.) terror
təşkilatının nəzarəti altında olan Afrində əməliyyat üçün
hazırlıqlarını başa çatdırıb.
Quru əməliyyatı an məsələsidir - HƏDƏFLƏR MÜƏYYƏN EDİLDİ - VİDEO
Rusiya hərbiçiləri Türkiyə ordusunun əməliyyata
hazırlaşdığı Suriyanın Afrin bölgəsindən çəkilir.
Sosial şəbəkələrdə yayılan fotolarda rus hərbiçilərin olduğu
müşahidə məntəqəsini boşaldığı görünür.
Rusiya hərbiçiləri Türkiyə sərhədindən çəkilir - FOTOLAR
Türkiyə və Rusiya S-400 zenit-raket komplekslərinin
çatdırılması mövzusunda razılaşmanı təmin edib. Bu
haqda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə
köməkçisi Vladimir Kojin deyib.
O, kreditin məbləği ilə bağlı danışıqların davam etdiyini
bildirib.
"Rusiya və Qərbin rəqabəti uzunmüddətli amildir.
Yaranmış münasibətlər yekunda məhdud və ya genişmiqyaslı hərbi
münaqişəyə gətirib çıxara bilər”. Bu haqda Strateji
Araşdırmalar Mərkəzinin (SSR) məruzəsində deyilir.
“Avropa və dünya üçün belə münaqişənin nəticələri bütovlükdə
acınacaqlı ola bilər. Rusiya və Qərbin rəqabəti uzunmüddətli amil
olduğu üçün yaranmış vəziyyətdən çıxmaq son dərəcə çətin olacaq.
Münasibətlərin keyfiyyətli dəyişikliyi həm Rusiyanın, həm də Qərbin
ardıcıl və uzunmüddətli siyasətini tələb edəcək”, - məruzədə qeyd
edilib.
Ekspertlər bildirirlər ki, Rusiya Qərblə qarşıdurmada
uduzur.
“Rusiya və Çin ABŞ-ın təsirini zəiflətməyə
çalışır”. Bu haqda ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat
idarəsinin (RUMO) başçısı Stüart Vinsentin məruzəsində deyilir.
Rusiya və Çindən ABŞ-a qarşı BİRGƏ PLAN
Məruzədə həmçinin bildirilir ki, ən yaxın on ildə
Rusiyanın imkanları arta bilər. Qeyd edilir ki,
Rusiya öz şərtləri ilə sabitliyin təminatı üçün hərbi gücdən
istifadə etmək niyyətindədir.
Rusiya NATO-nun Şərqi Avropada qüvvətlənməsinə mane
ola bilməyəcəyi üçün buna öz hərbi vasitələri ilə cavab
verəcək. Bu sözləri Rusiyanın NATO-dakı təmsilçisi
Aleksandr Qruşko deyib.
“2014-cü ildən bəri ardıcıl 3-cü dəfədir ki, NATO hərbi
xərclərini artırır. Bu müddət ərzində büdcə 46 milyard dollar
artıb. Təkcə alyansa üzv olan Avropa ölkələrinin ayırdığı 250
milyard vəsait Rusiyanın hərbi büdcəsindən 4 dəfə çoxdur. NATO
ölkələrinin 2014-də əldə etdiyi razılığa əsasən, müttəfiqlərin hər
biri 2024-ə qədər hərbi xərcləri 2 faiz həcmində artırmalıdır.
Hazırda 29 ölkədən sadəcə bir neçəsi buna əməl edib. Əgər 2024-ə
qədər alyansın bütün üzvləri razılaşmaya əməl etsə, o zaman
sözügedən rəqəmlər NATO-nun açıqladığından dəfələrlə çox olacaq.
Bütün bunlar yeni silahlanma yarışının başlanmasına səbəb ola
bilər”, - deyə Qruşko açıqlama verib.
Suriyanın yeni kimyəvi hücuma hazırlığı kimi
təhrikedici iddia yalnız Dəməşqə deyil, eyni zamanda Rusiyaya
qarşıdır. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin
sözçüsü Mariya Zaxarova Ağ Evin Suriya hökumətinin yeni bir kimyəvi
hücuma hazırlanması iddiasına cavab olaraq deyib.
“Bu nə yeni, nə də orijinal bir iddiadır. Bu Suriyaya qarşı yeni
hərbi müdaxilənin qığılcımları, ABŞ-ın Suriyada tətbiq edəcəyi
tipik bir strategiyanın parçasıdır”, - Zaxarova bildirib.
Xatırladaq ki, Ağ Ev sözçüsü Şon Spayser və Pentaqon sözçüsü
Adrian Rankin-Qollivay Əsəd rejiminin kimyəvi silahdan istifadə
etməyə hazırlaşdığını söyləyib.
ABŞ prezidenti Donald Tramp məsləhətçilərdən
Rusiyaya mümkün güzəştlərin siyahısını hazırlamağı xahiş
edib. Bu haqda Böyük Britaniyanın “The Guardian”
nəşri vəziyyətlə tanış olan Ağ Evin keçmiş məmurlarına istinadən
yazıb.
Güzəştlər siyahısından 7-8 iyun tarixlərində Almaniyada
keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinlə
görüşdə istifadə edilməsi nəzərdə tutulur. Amma nəşrin
həmsöhbətlərinə görə, Rusiya və ABŞ prezidentlərinin birinci görüşü
çətin ki, iki ölkənin münasibətlərində sıçrayışa gətirib
çıxara.
Qəzetin məlumatına görə, Trampın Putinlə tam formatda görüş üçün
təkid etməsi Ağ Ev administrasiyasında narazılıq yaradıb.
Administrasiyanın bəzi məmurları hesab edirlər ki, Putinlə görüş
“qısa və qeyri-formal” olmalıdır.
Görüşün formatı indiyə qədər müəyyən edilməyib.
İranı tam şəkildə bütün yardımlardan təcrid etmək
lazımdır. Bunu jurnalistlərə açıqlamasında ABŞ
prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert
Makmaster söyləyib.
“İran region ölkələrdə zəif ərəb hökumətlər qurmaq istəyir.
Bununla da o həmin ölkələri özündən asılı vəziyyətə salmaq
niyyətini güdür”, – o bildirib.
Şimali Koreya lideri Kim Çen Ina sui-qəsd
planlaşdırıldığına dair iddia ölkəni bir-birinə
qatıb. Sabiq Cənubi Koreya prezidenti Pak Kın Xenin
Şimali Koreya liderinə qarşı sui-qəsd təşkil etdiyi iddiası edamla
nəticələnə bilər.
Şimali Koreyanın Dövlət Təhlükəsizlik, Xalq Təhlükəsizlik
nazirlikləri və Mərkəzi Dövlət Prokurorluğunun birgə açıqlamasına
görə, Pxenyan rəhbərliyi Pak Kın Xeni və Milli Kəşfiyyat Xidmətinin
(NIS) keçmiş rəisi Li Byoung Honu Kim Çen Ina sui-qəsd
planlaşdırmaqda günahlandıraraq ölümlə cəzalandırılacaqlarını
bildirib.
Ukrayna prezidenti Pyotr Poroşenko Konstitusiya
komissiyasına Krımın statusu haqqında dəyişikliklərlə bağlı
layihəni hazırlamağı tapşırıb. Bu haqda Ali Radanın
deputatı Yuri Çijmar deyib.
“Biz anladıq ki, hazırda Krımın Muxtar Respublikası artıq unitar
ölkənin tərkibində mövcud ola bilməz”, - parlament üzvü
bildirib.
Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq
edilib. Moskva yarımadanın referendumun nəticəsinə görə Rusiyaya
birləşdirildiyini iddia edir. Qərb isə ilhaqı tanımayacağını
bildirir.
ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsi
Rusiyanın təcavüzünə əks addımlar olaraq raket silahının
yaradılmasının yeni proqramını hazırlamağa, Avropada müttəfiqləri
dəstəkləməyə, həmçinin Ukraynaya öldürücü silah verməyə
çağırıb.
Bu haqda komitə tərəfindən hazırlanmış 2018-ci ildə milli
müdafiəyə təxsisatlar haqqında qanun layihəsində deyilir.
Ölümcül silahlar Rusiyaya tuşlanacaq: ABŞ-dan Moskvaya SON ZƏRBƏ
İraqın Mosul şəhəri İŞİD terror təşkilatından
tamamilə azad edilib. Bu haqda İraq Müdafiə
Nazirliyinə istinadən “Sky News Arabia” telekanalı bildirib.
“Mosulda İŞİD-in nəzarətində heç bir rayon qalmayıb.
Döyüşçülərin kapitulyasiyadan başqa çıxış rolu yoxdur. İraqda İŞİD
həmişəlik bitdi”, - nazirlik açıqlayıb.
İŞİD terror qruplaşması bundan sonra bir il
yaşamayacaq. Bu proqnozla IHS Markit beynəlxalq
ekspert təşkilatının nəzdində fəaliyyət göstərən “Conflict Monitor”
analitik qrupunun məruzəsində deyilir.
İŞİD nə qədər yaşayacaq? - MƏRUZƏ
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/204361.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)