"Elşad Xose həddən artıq məsuliyyətsizdir"

"Elşad Xose həddən artıq məsuliyyətsizdir"
20:12 29 İyun 2017
90 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Murad Dadaşov reper Elşad Xose ilə aralarındakı inciklikdən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlar arasındakı davaya "Maşın" şou səbəb olmuşdu. Oyunda iştirakçı olan ifaçı ilə M.Dadaşov arasında söz davası yaranmışdı. Şoudan sonra Elşadın solo konserti təxirə salınmış, əvəzində mərhum reper Hüseyn Dəryanın tədbiri salınmışdı. Həmin ərəfədə Xosenin konsertini məhz M.Dadaşovun intiqam üçün təxirə saldırdığı yayılmışdı.

Şoumen bu məsələyə "5-ci element" verilişində aydınlıq gətirib. O bildirib ki, bu sadəcə təsadüf olub:

"Elşad Xose Azərbaycanda ən istedadlı insanlardan biridir. O da mənim kimi həddən artıq məsuliyyətsiz biridir. Ona qarşı əsəbi idim, bir müddət küsülü qalmışdıq. Bir ara dedilər ki, Elşadın acığına Hüseyn Dəryanın konsertini saldım. O ərəfədə biletlər satılmadı, bir təsadüf oldu. Düşünürəm ki, Elşadın həyatında mənim də günahım olub. Dost olaraq onun gündəlik həyatında iştirak edə bilmədim. Etsəydim, həyatda daha böyük uğurlar qazanardı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/558554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR