Azərbaycanın hakim partiyası Fransada törədilən terror aktını pisləyib

14:32 8 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 14:27 ]


Bakı - APA. Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) Fransanın paytaxtı Paris şəhərində törədilən terror aktı ilə əlaqədar bəyanat yayıb.

 

APA-nın xəbərinə görə, partiyanın saytında yerləşdirilən bəyanatda YAP çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyib və bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini bir daha bəyan edib.

 

Bəyanatda daha sonra deyilir: “Səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, terrorizmi  insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edirik. Dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkən Azərbaycan xalqı bu cür cinayətlərin cəmiyyətə nə qədər bəlalar gətirdiyinin şahididir. Azərbaycan xalqı, hər bir azərbaycanlı terrorizmə qarşıdır və həmişə bütün dünyanı ona qarşı birləşməyə çağırıb. Müsəlmanların Peyğəmbərinin təhqir olunması, yüz milyonlarla inanclı insanın hisslərinin aşağılanması yolverilməzdir, lakin bu, heç bir halda insan qanının tökülməsinə haqq qazandıra bilməz. Bütün Fransa xalqına başsağlığı verir, ağır faciəni törədənlərin layiqli cəza alacaqlarına inamımızı ifadə edirik”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR