"3 penalti qaytarmağım təsadüf deyil"

"3 penalti qaytarmağım təsadüf deyil"
20:22 29 İyun 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Zədəli olduğum üçün qrup mərhələsinin ilk 2 oyununda iştirak etmədim. Bu, işimi bir qədər də çətinləşdirdi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Klaudio Bravo deyib.

Təcrübəli qolkiperin şərəfini qoruduğu Çili yığması Konfederasiyalar Kuboku-2017-də finala adlayıb. Yarımfinalda Portuqaliya ilə qarşılaşan cənubi amerikalılar rəqibi penaltilər seriyasında üstələyiblər.
 
Avropa çempionu üzərində qeydə alınan qələbədə əsas pay sahibi Bravo olub. O, həlledici məqamda həm Rikardo Kuarejma, həm Joao Moutinyo, həm də Luiş Naninin yerinə yetirdiyi penaltini dəf edib.
 
Görüşlə bağlı danışan Bravo penaltilər seriyasındakı məharətini xüsusi hazırlığı ilə əlaqələndirib: "Bizim üçün vacib oyun idi. Şadam ki, finala çıxmağı bacardıq. Üç penaltini qaytarmağım təsadüf deyil. Bunu bacarmaq üçün işləmək, rəqibin penalti yerinə yetirən oyunçularını ayrı-ayrılıqda öyrənmək lazım idi. Mən də bunu etdim. Odu ki, penaltilər seriyasında nə edəcəyimi bilirdim. Biz ağıllı, savadlı və düşünülmüş şəkildə oynadıq. Məhz bunun sayəsində Avropa çempionunu dayandırdıq".
 
Qeyd edək ki, Çili yığmasının finaldakı rəqibinin adı bu gün baş tutacaq Almaniya - Meksika matçından sonra müəyyənləşəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR