Gecə kəndə gələn qadın ruhu adamları yeyir - ŞOK OLAY

Gecə kəndə gələn qadın ruhu adamları yeyir - ŞOK OLAY
20:32 29 İyun 2017
2666 Dünya
Ölkə mətbuatı
A- A+

Tailandın Amnatçaren bölgəsinin sakinləri qeyri-adi xahişlə polisə müraciət ediblər.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, kəndlilər polisdən onları bölgədə dolaşan ruhdan qorumağı xahiş ediblər.

Onlar bildiriblər ki, bu ruh insan və heyvan bədənlərinə girərək, qurbanlarını içəridən yeyir. Ruh artıq 4 heyvanı öldürüb, 4 kəndli isə ondan əziyyət çəkir.

Kəndlilər qorxularından növbə ilə keşik çəkməyə başlayıblar. Sakinlərin sözlərinə görə, ruh qadın cildində insanlara yaxınlaşır və onların bədəninə daxil olur.

Qeyd edək ki, bu, Tailandda birinci belə hal deyil. Yerli sakinlər bu ölkədə 20 fərqli ruhun yaşadığına inanırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/558562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR