Neftçilər Xəstəxanasında 40-dan çox xəstəyə böyrək və qaraciyər köçürülüb

Neftçilər Xəstəxanasında 40-dan çox xəstəyə böyrək və qaraciyər köçürülüb
20:37 29 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyun. REPORT.AZ/ Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) bu ilin ötən dövründə 41 xəstəyə böyrək, 5 xəstəyə isə qaraciyər transplantasiyasi olunub.
Bu barədə “Report”a MNX-nin Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi məlumat verib.
O bildirib ki, həmin xəstələrdən biri dünyasını dəyişib: “Düşünün ki, bu xəstələr əməliyyat olunmasa idi, onda hamısı, yəni 100 %-i dünyasını dəyişəcəkdi”.
M.Kazımi qeyd edib ki, bu sahədə əsas problem donorların sayının yetərsiz olmasıdır: “Xəstələrin sayı ilə donorların sayı tərs mütənasibdir. Amma xoş hal ondan ibarətdir ki, xəstələrimizin donorları onların qohumlarıdır ki, bu da xalqımızın ailə daxili münasibətlərinin nə qədər sıx olduğunu göstərir”.
Əməliyyat məbləğinə gəlincə, şöbə müdiri əlavə edib ki, əməliyyat zamanı və sonra istifadə olunan preparat və materiallar baha olduğundan xəstəxanada rəsmi qiymət böyrək transplantasiyası üçun 12 000 AZN, qaraciyər transplantasiyası üçün isə 45 000 AZN-dir.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/neftciler-xestexanasinda-40-dan-cox-xesteye-boyrek-ve-qaraciyer-kocurulub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR