Avropa Liqası:

UEFA Avropa Liqasında yeni mövsümə start verilib.

Metbuat.az-ın məlumatına görə, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində təmsilçilərimiz "İnter" və "Zirə" bu gün ilk matçlarını keçiriblər.

"Zirə" "Lüksemburq"un "Differdanj" klubunu qəbul edib. Matçda hesab 22-ci dəqiqədə açılıb. Təmsilçimizin heyətində Qadze fərqlənib. Belfortun 80-cı dəqiqədə vurduğu qol isə oyunda sonuncu olub. Beləliklə, "Zirə" ilk oyundan sərfəli nəticə ilə ayrılıb.

Serbiyada "Mladost"un qonağı olan "İnter" rəqibini asanlıqla məğlub edib. İlk hissədə Skarlatake dubl edib. Yekun hesabı isə Rauf Əliyev müəyyənləşdirib: 3:0.

UEFA Avropa Liqası

1-ci təsnifat mərhələsi

29 iyun

"Zirə" (Azərbaycan) - "Differdanj" (Lüksemburq) - 2:0

Qol: Qadze, 22, Belfort, 80

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov

Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)

Hakim-inspektor: İqor Satki (Moldova)

UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)

Bakı. “Dalğa Arena”


“Mladost” (Serbiya) – “İnter” (Azərbaycan) - 0:3

Qol: Skarlatake, 23; 41, Rauf Əliyev, 76

Baş hakim: Aleksey Matyunin

Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov

Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)

Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)

UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)

Luçani. “Mladost” stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR