Lənkəranda qəza nəticəsində 2 qardaş ağır xəsarət alıb -

Lənkəranda avtoqəza nəticəsində yol kənarında dayanan iki qardaş ağır xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki,”Mercedes” markalı 10 MV 307 ,”VAZ 21-06” markalı 10 QZ 165,” və VAZ 21011” markalı 42 BV 161 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Nəticədə yolun kənarında dayanan taksi fəaliyyəti ilə məşğul olan iki qardaş 1988-ci il təvəllüdlü Vusal və 1990-cı il təvəllüdlü Marif Arif oğlu Tahirovlar ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda hər iki qardaş əməliyyata götürülüb, onların vəziyyətinin ağır olduğu deyilir.

****

22.43

Lənkəranda avtoqəza nəticəsində 2 nəfər ağır xəsarət alıb.

Hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomaşının toqquşması nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına iki nəfər 30-35 yaşlı kişi ağır vəziyyətdə daxil olub. Onlar travma şöbəsinə yerləşdirilib. Vəziyyətlərinin ağır olduğu deyilir. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR