Bu il bahar fəslinin Azərbaycana nə zaman gələcəyi açıqlandı

Bu il bahar fəslinin Azərbaycana nə zaman gələcəyi açıqlandı
14:37 8 Yanvar 2015
174 Sosial
Ölkə mətbuatı
A- A+

Bu il Baharın Azərbaycana gəlmə vaxtı açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, 2015-ci ildə Bahar Azərbaycana martın 21-də Bakı vaxtı ilə təxminən gecə saat 02:45:06 radələrində qədəm qoyacaq.

Martın 20-dən martın 21-ə keçən gecə Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR