Ədviyyatlı qarğıdalının hazırlanması

Qarğıdalı orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, qocalma proseslərini ləngidir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin profilaktikası üçün çox yaxşı vasitədir.

Metbuat.az xəbər verir ki, mövsümü olduğu üçün çoxlu qarğıdalı yeyə bilərsiniz. Ləzzətindən doymayacağınız qarğıdalı resepti təqdim edirik:

Tərkibi:

4 ədəd qarğıdalı

Duz, qara bibər

Qırmızı toz bibər

Sarımsaq tozu

Sarıkökü

Sumaq, nanə, kəklikotu

Zeytun yağı

Hazırlanması:

Qarğıdalını qaynadıb suyunu süzün. Duz və ədviyyatları kasada qarışdırın. Qarğıdalının üzərinə fırça yardımı ilə zeytun yağı sürtüb ədviyyatlara batırın. Ədviyyatları yağlı kağız olan siniyə qoyun. Öncədən 180 dərəcədə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.

Nuş olsun!

(Qarğıdalının SAĞLAMLIQ üçün faydaları)

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)