Övladına tərbiyə verməyən valideynlər

Cəmiyyətimizdə yetkinlik yaşına çatmayan övladına laqeyd olan, onun təlim-tərbiyəsi ilə məşğul olmayan valideynlər var. Bu gün azyaşlı uşaqlarda yaranan psixoloji problemlər, eləcə də baş verən məişət qəzalarının bir çoxu valideyn məsuliyyətsizliyinə görədir.  

“Övladının tərbiyə və təlimi ilə məşğul olmayan valideyn cərimə edilə bilər”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı hüquqşünas Asif Abdullayev bildirib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində bununla bağlı cərimələr mövcuddur:

“İnzibati Xətalar Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyəsi valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilmədikdə onları 40 manatdan 60 manatadək cərimə gözləyir”.

Dollarla alış-veriş edən avtosalonlara CƏRİMƏ... - 1650 AZN

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR