Dubayda qadınlar üçün nəzərdə tutulan təcili tibbi yardım xidməti fəaliyyət göstərəcək

Dubayda yaxın zamanda yalnız qadınlar uchun nəzərdə tutulan təcili tibbi yardım xidməti fəaliyyətə başlayacaq.

Metbuat.az “Arabian Business” nəşrinə istinadən xəbər verir ki, çəhrayı rəngə boyanmış təcili yardım maşını qadınlara və uşaqlara, həmçının doğuşa hazırlaşan qadınlara təcili tibbi yardım xdməti göstərəcək.

Qeyd olunur ki, bu xidmət yerli vaxtla səhər saat 11-dən axşam saat 11-ə kimi işləyəcək. Qadın həkimlərdən ibarət tibbi briqadaların yeni doğulmuş uşaqlara və hamilə qadınlara yardım etmək üçün xüsusi təlimlər keçdiyi diqqətə çatdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR