Ağstafada Kür çayında batmış digər şəxsin də cəsədi tapılıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış digər 1 nəfərin, 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi saat 09:27-də nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi isə ötən gün saat 20:30-da tapılaraq sudan çıxarılmışdı.

Şəmkirdə bədbəxt hadisə - 84 YAŞINDA ÖZÜNÜ ASDI- Oxumaq üçün tıkla