İsti havalarda necə geyinməliyik?

İsti havalarda günəşin zərərli şüalarından qorunmaq üçün geyim seçiminə diqqət etməliyik.

Metbuat.az xəbər verir ki, günəşin zərərli şüalarından qorunmaq üçün rəngli (ağ, sarı, mavi, yaşıl və s.) geyimlərdən istifadə edin.

Həddindən artıq isti havalarda dəri, ya da bədəni sıxan dar paltarlar əvəzinə rahat, bol geyimlər seçin. Bu dərinizin sağlamlığı üçün önəmlidir.

Təri çölə atan pambıq geyimlər geyinin. Sintetik və "polyester" parçalardan hazırlanan geyimlər daha çox tərləmənizə, pis tər qoxusuna, bədəndə bakteriyaların əmələ gəlməsinə şərait yaradır.

Günəşli havalarda geyim qədər ayaqqabı seçimi də çox önəmlidir. Ayağı öndən və arxadan bağlayan ayaqqabılar əvəzinə burnu açıq, ayağı hər yerdən havalandıran ayaqqabılar geyinin. Həddindən artıq tərləmə ilə bərabər ayaqlarda meydana gələn göbələk xəstəliyinin ən çox olduğu yer ayaqlardır və onun müalicəsi o qədər asan deyil.

Aysel Yaqubqızı / Metbuat.az

Geyimdəki xoşagəlməz qoxuları aradan qaldıran asılqan yaradılıb - Oxumaq üçün linkə tıklayın



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR