"WhatsApp"dan növbəti yenilik:

1,2 milyard istifadəçi kütləsinə malik olan "WhatsApp" messenceri daha bir funksiyanı platformasına əlavə etməyə hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, "WhatsApp" yaxın günlərdə, son dövrlərdə "Samsung" və "Apple" mobil cihazlarında məşhurlaşan "gecə rejimi" xidmətini istifadəyə verəcək.

Lakin bu funksiya bildiyimiz formada olmayacaq. Standard "gecə rejimi"nə malik cihazlar sadəcə qaranlıqda gözü yoran ağ tonları yumşaltmağı təklif edirlər. "WhatsApp"da isə sözügedən xidmətin əsas özəlliyi gecə çəkilən fotoların daha aydın olacağıdır. Bununla yanaşı, gecə görüntülü zəngdən istifadə edənlərin ən böyük problemi olan görüntü keyfiyyəti məsələsi də yeni xidmət sayəsində həllini tapacaq.

"Gecə rejimi" ilk olaraq IOS platformasında tətbiq olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR