Rəqsanə ad günündə qızına 20 minlik maşın bağışladı - VİDEO - FOTO

Rəqsanə ad günündə qızına 20 minlik maşın bağışladı - VİDEO - FOTO
15:05 8 Yanvar 2015
272 Şou
Ölkə mətbuatı
A- A+

Dünən 18 yaşını qeyd edən müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova arzuladığı hədiyyəyə qovuşub.

Milli.Az ailem.az-a istinadən xəbər verir ki, ad günündə anası ona avtomobil bağışlayıb. “Hyundai Veloster” markalı maşının açarlarını doğum gününün sonunda təqdim edən Rəqsanə qızını sevinc göz yaşlarına boğub.

Onu da qeyd edək ki, ad günündə yalnız xanımları görmək olardı. Aysun doğum gününə ən yaxın rəfiqələrini dəvət etmişdi.

Mərasimdə maraqlı anlardan biri də Aysunun ifası olub. O, türk estradasından tanıdığımız Atiyenin "Ya Habibi" mahsını ifa edib.

Daha bir maraqlı məqam isə Aysuna anonim gələn 101 ədəd qızıl gül oldu.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR