Parisdə atışmada yaralanan polis ölüb

Parisdə atışmada yaralanan polis ölüb
15:05 8 Yanvar 2015
73 Dünya
Ölkə mətbuatı
A- A+

Parisin cənubunda bu gün baş verən atışmada yaralanmış polis əməkdaşı aldığı xəsarətlərdən ölüb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata görə, Paris ətrafında atışma yerli vaxtla saat 08:00 radələrində baş verib. Naməlum şəxs avtomat silahdan polis əməkdaşına və yol xidməti işçisinə atəş açıb, daha sonra hadisə yerindən qaçıb.
 
Fransa polisi bu hadisənin ötən gün Parisdə “Charlie Hebdo” satirik həftəliyinin redaksiyasında baş verən terror aktı ilə hər hansı bir əlaqəsinin olduğunu qəti şəkildə inkar edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR