“Samsung” şirkəti “Galaxy A7” smartfonunu nümayiş etdirib

“Samsung” şirkəti “Galaxy A7” smartfonunu nümayiş etdirib
15:11 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Samsung” şirkəti hələ ki “CES 2015” sərgisində “Galaxy A7” smartfonunu rəsmi təqdim etməyib, ancaq yeni qurğu Malayziyada keçirilmiş tədbir çərçivəsində nümayiş etdirilib. Bu aparat Koreya korporasiyasının ən nazik smartfonudur.

"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, metal korpuslu “Galaxy A7” 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 1,5 QHs takt tezlikli səkkiznüvəli “Snapdragon 615 CPU” prosessoru, 13 meqapiksellik kamera, həmçinin 2600 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. “Android KitKat” əməliyyat sistemi quraşdırılıb.

“SoyaCincau” saytının informasiyasına əsasən, təxminən 400 dollarlıq qurğu fevralda satışa çıxarılacaq.

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34649-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR