Dəniz kənarındakı restoranlarda qiymət fərqi

Eyni hava, eyni xidmət, masaların yerinə görə dəyişən qiymət... 

Restoranlarda depozit pulu masanın yerinə görə dəyişir. Xüsusən də, dənizkənarı restoranlarda dənizə yaxın hissədə yerləşdirilən masaların qiyməti bir neçə metr geridə qalan masaların qiymətindən kəskin şəkildə fərqlənir. Bu cür istirahət mərkəzlərinə ailəsi ilə birlikdə gələnlər fantastik qiymət qarşılğında arxa masalara keçsələr də, qız tanışı ilə gələnlər sözügedən masalarda əyləşməli olurlar.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşunas Vüqar Səfərli bildirib ki, bu sahədə boşluqlar var:

“Xidmət sahələrində, xüsusən də restoran sahəsində xidmət göstərən iş adamların müəyyən etdikləri qiymət onların özlərinin və müştərilərlə razılaşma yolu ilə təyin olunur. Yetər ki, müştəriyə həmin ödənişi etdiyi ilə bağlı müəyyən qəbz təqdim olunsun. Müştəri xidmətdən narazıdırsa, yaxud xidmət keyfiyyətsizdirsə, məsələ qanunvericiliklə tənzimlənir. Azərbaycanda bu sahədə müvafiq qanun  var. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda hansı hallarda, hansı tədbirlər görülməsi barədə məlumat var. Amma sırf qiymətlərlə bağlı vergidən yayınmamaq, ödənilən məbləğ qarşılığında müşrətiyə qəbz təqdim olunmaqla fəaliyyəti həyata keçirmək mümkündür. Bunun başqa bir standartı yoxdur. Aktaul məsələ olsa da, bu sahədə boşluqlar var”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR