Keçmiş futbolçu Devid Bekhemlə dizayner Viktoriya Bekhemin evlilik ildönümüdür.
Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük ailə qurmalarının 18-ci ilini qeyd edir. Devidlə Viktoriya sosial şəbəkədə bir-birlərini belə təbrik ediblər:
Devid: "Vau, biz bunu həqiqətən edə bildik. Mənim gözəl xanımım, gözəl ana və güclü iş qadını! Səni təbrik edirəm. Səni sevirəm".
Viktoriya: "Mən səni sevirəm. Öpürəm!"
Qeyd edək ki, Devidlə Viktoriya 1999-cu ildə ailə qurublar. Cütlüyün toyu 800 min dollar təşkil etmişdi. Viki isə gəlinliyini Vera Vonqdan seçmişdi. Hazırda onların Bruklin, Romeo, Kruz adlı 3 oğlu, Harper adlı bir qızı var.
Milli.Az