Havaların isinməsi ilə əlaqədar mütəxəssislər insanların diqqət etməli məqamlara aydınlıq gətirib.
Metbuat.az xəbər verir ki, dietoloqlar isti havalarda maye istehlakı çox önəmli olduğunu vurğulayır. Maye ehtiyacının artdığı bu dövrdə tərləməsəniz də dəridən buxar yolu ilə maye atılır. Buna görə də, çəki başına 30 ml su istehlak etmək bu aylarda çox önəmlidir. Tərkibi su ilə zəngin olan yemiş və qarpız yeyərək həm bol maye, həm də C vitamini ala bilərsiniz.
Meyvə suyu və soyuq qəhvəyə diqqət
Bol maye qəbul etmək önəmlidir, ancaq meyvə suyu ya da soyuq qəhvə içərkən miqdarına diqqət etməlisiniz. Bir stəkan meyvə suyu 150 kalori, yəni 2 orta boy təzə meyvə qədər enerji verir. Soyuq qəhvələrdə isə içərisinə əlavə edilən krem və şərbət enerji dəyərini artırır.
Bədəndəki şişkinlikləri atmaq üçün sağlamlığınızdan olmayın
Şişkinlikdən xilas olmaq üçün istifadə etdiyiniz dərmanlar ya da çaylar təhlükəli ola bilər.
Mütəxəssislər deyir ki, bu aylarda immunitet sistemini gücləndirmək üçün mütləq 3 porsiya meyvə yeyin. Yeməklərinizi yaşıl tərəvəzlərlə yeyin. Səmizotu, cəfəri kimi yaşıllıqlar həm vitamin və mineral ehtiyacınızı qarşılayacaq, həm də toxluq hissi yaradacaq. Əsas yeməklərinizlə birlikdə bir kasa xiyar salatı yeyin, bu çəkinizi normada saxlamağa kömək edəcək.
Günəş şüalarından qorunmağı unutmayın
Gündə 15 dəqiqədən artıq günəş şüasına məruz qalmaq dərini qocaldır və onun qurumasına səbəb olur. Dərinizi qorumaq üçün 2 orta boy xiyar istifadə edin. Günəşə çıxarkən mütləq qoruyucu kremlərdən istifadə edin.
Aysel Yaqubqızı / Metbuat.az
DİQQƏT: Bu saatlarda evdən çıxmayın... - HƏKİM MƏSLƏHƏTİ - Oxumaq üçün tıklayın