Tarixdə bu gün

5 iyul 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan dövləti ilə xaricdəki soydaşlarımızla əlaqələri tənzimləyəcək qurum - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. 

5 iyul 1811-ci ildə Venesuela İspaniyadan müstəqilliyini elan edib. 

1924-cü ilin bu günü Parisdə 42 ölkənin iştirak etdiyi VIII Yay Olimpiya Oyunları açılıb.

5 iyul 1939-cu ildə Hatay dövlətinin Məclisi səs çoxluğu ilə Türkiyə dövlətinə birləşmə qərarı verib.

1944-cü ilin bu günü Rusiyada Novqorod və Bryansk vilayəti təşkil edilib.

5 iyul 1954-cü ildə Elvis Presli özünün ilk mahnısını yazıb.

Tarixdə bu gün - 4 iyul-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR