Erməni təxribatı nəticəsində həlak olanlarla bağlı

İyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş nənə və nəvə bu gün dəfn ediləcək.

Bu barədə açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib.

İcra başçısı bildirib ki, dəfn mərasiminin bütün xərcləri İcra Hakimiyyəti tərəfindən ödəniləcək.

A.Alıyev hadisə nəticəsində yaralanan kənd sakininin də səhhətinin normal olduğunu bildirib:

"Yaralı Səlminaz Quliyeva hazırda hospitalda müalicəsini davam etdirır, vəziyyəti stabilləşib, həyati təhlükəsi yoxdur. Mütəmadi əlaqə saxlayıram”.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb. //Trend

Ermənistanın təxribatçı əməlləri ilə bağlı - PROKURORLUQDAN AÇIQLAMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR