ADGTT-da 89-cu mövsümün son məşqi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Dürrenmattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.  

Metbuat.az xəbər verir ki, tamaşanı rus dilindən tərcümə edən Dilsuz Mustafayevdir.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır. Tamaşada əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Sövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Ramil Məmmədov, Aygün Fətullayeva, Müşfiq Əliyev, Kərəm Hadızadə, Güşvər Şərifova, Mirzə Ağa Mirzəyev, Rövşən Abbasov, Məhərrəm Musayev, Elgün Yəhyayev və başqaları canlandıracaq.

Tamaşa yeni mövsümdə, 2017-ci ilin dekabr ayında teatrsevərlərin ixtiyarına veriləcək.

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edib-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR